"Suqovuşana Böyük Qayıdış: Doğma yurddakı gözəl günlər xoş xatirəyə çevrilir”
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyat yenidən doğulur.
Ağdərə rayonunun Suqovuşan kəndi, 2025-ci ildə ilk məskunlaşmanın həyata keçirildiyi yaşayış məntəqələrimizdən biridir. Kənddə bütün zəruri texniki və sosial infrastruktur qurulub, sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Qayıdış təkcə evlərə deyil, dəyərlərimizə və tariximizə dönüşdür. Doğma yurdda atılan hər addım, yaşanan hər an, qurulan hər ev bir ümid, bir xatirədir.