Regionlarda 15 May – Beynəlxalq Ailə Günü münasibətilə tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 15 May – Beynəlxalq Ailə Günü münasibətilə rayon ərazisində yaşayan ailələrin problemlərinin həll olunmasında yerli idarə, təşkilat və müəssisələrin fəaliyyətinin əlaqəli şəkildə qurulması məqsədilə dəyirmi masa və görüşlər keçirilib.
Azturkxeber.az -ın məlumatına görə, tədbirlərdə rayon icra hakimiyyətləri, rayon polis şöbələri, təhsil, səhiyyə, gənclərlə işləyən qurumların əməkdaşları, din xadimləri, jurnalistlər, bələdiyyələr və rayon ictimaiyyətinin nümayəndələri, gənclər iştirak edib.
Bildirilib ki, Beynəlxalq Ailə Gününün təsis edilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini ailələrlə bağlı problemlərə cəlb etmək, ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, ailələrin rifahı, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə töhfə verməkdən ibarətdir.
Tədbirlər çərçivəsində mövzu ətrafında müxtəlif müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.