azturkxeber.az
http://azturkxeber.az

Naftalanda məktəblilərlə yol hərəkəti təhlükəsizliyi mövzusunda görüş keçirilib.

16-05-2025

Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü və Naftalan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının iştirakı ilə şəhərdə yerləşən ümumtəhsil məktəblərində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici görüşlər təşkil olunub.

Azturkxeber.az xəbər verir ki, tədbir zamanı şagirdlərə piyadaların yol hərəkəti qaydaları, nişanların mənaları, svetoforun iş prinsipi və təhlükəsiz davranış vərdişləri barədə ətraflı məlumat verilib. Şagirdləri maraqlandıran suallar DYP əməkdaşları tərəfindən cavablandırılıb.

Maarifləndirmə tədbirlərinin əsas məqsədi azyaşlıların yol hərəkəti qaydalarına dair ilkin biliklərinin artırılması və onların gələcəkdə daha təhlükəsiz iştirakçıya çevrilməsinə töhfə verməkdir.

Bu cür görüşlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031