azturkxeber.az
http://azturkxeber.az

Məktəblilərimizdən daha bir möhtəşəm uğur!

16-05-2025

10-16 may tarixlərində ABŞ-nin Ohio ştatının Kolumbus şəhərində Beynəlxalq Elm və Mühəndislik yarışması təşkil edilib.

Yarışmada Sistem proqram təminatı (Systems Software) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.

Qeyd edək ki, artıq 14 ildir ki Azərbaycan məktəbliləri bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də Grand mükafat qazanmağa müvəffəq olublar.

Bildiririk ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) şagirdlər arasında keçirilən dünyanın ən böyük qlobal elm yarışmasıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031