azturkxeber.az
http://azturkxeber.az

Media: Brüssel Rusiyaya qarşı tam ticarət embarqosu variantını nəzərdən keçirir

16-05-2025

Media: Brüssel Rusiyaya qarşı tam ticarət embarqosu variantını nəzərdən keçirir

Avropa İttifaqı Rusiyaya qarşı yüksək rüsumların və hətta genişmiqyaslı ticarət embarqosunun tətbiqi variantını nəzərdən keçirir.

Azturkxeber.az xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, yeni tədbirlər planı bu gün Albaniyada Böyük Britaniya və Ukraynanın da iştirak edəcəyi “Avropa Siyasi Birliyi”nin iclasında müzakirə olunacaq.

Brüssel Moskvaya qarşı yeni məhdudiyyətlər ideyasını Rusiya ixracına 500 faizlik rüsum tətbiqini təklif edən ABŞ senatoru Lindsi Qremdən götürüb.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi”nin ilk sammiti 2022-ci ilin oktyabrında 44 ölkənin iştirakı ilə Praqada baş tutub. Bu format Brüssel tərəfindən Rusiyaya qarşı mübarizə vasitəsi kimi yaradılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031