azturkxeber.az
http://azturkxeber.az

Kişinyov şəhərində Avropa audiovizual media tənzimləyicilərinin platforması olan EPRA-nın 61-ci Toplantısı keçirilib

16-05-2025

Moldovanın paytaxtı Kişinyov şəhərində 14-16 may 2025-ci il tarixlərində Tənzimləyici Orqanların Avropa Platformasının (EPRA) 61-ci Toplantısı keçirilmişdir. Azərbaycan Respublikası Audiovizual Şurasını toplantıda Şura Aparatının rəhbəri Fazil Novruzov və Kommunikasiya sektorunun müdiri Taleh Quliyev təmsil ediblər.

Toplantının açılışında Moldova Respublikasının Prezidenti xanım Maya Sandu salamlama nitqi ilə çıxış etmişdir. Prezident Avropa məkanında audiovizual media sahəsini tənzimləyən qurumların əməkdaşlıq və dialoq imkanlarının genişləndirilməsi, mütərəqqi təcrübələrin öyrənilməsi baxımından EPRA-nın fəaliyyətini yüksək qiymətləndirib, tədbirin işinə uğurlar arzulayıb.
“Fakta əsaslanan tənzimləmə” və “Onlayn mühütdə uşaqların müdafiəsi” mövzularına həsr edilmiş ilk iclasda EPRA-nın hazırki sədri, Norveç media tənzimləyici qurumunun rəhbəri xanım Mari Velsand təşkilatın ötən dövr ərzində gördüyü işlər barədə məlumat verib, maliyə hesabatını təqdim edib.
Qeyd edək ki, Avropanın ən nüfuzlu audiovizual media tənzimləyicilərinin şəbəkəsi olan EPRA-nın bu Toplantısına 48 Avropa dövlətindən 50 audiovizual media üzrə tənzimləyici orqanın rəhbərləri və nümayəndələri, həmçinin, Avropa Komissiyasının, ATƏT Media Bürosunun, Avropa Şurası Media Bölümünün, Avropa Audiovizual Obzervatoriyasının müşahidəçiləri, habelə UNESCO-nun, “Meta”, “Cullen İnternational” şirkətlərinin ekspertləri daxil olmaqla 150-dən çox nümayəndə və ekspert qatılıb.
Toplantı zamanı “Onlayn mühitdə uşaqların müdafiəsi”, "Media savadlılığı", "Tənzimlləyicilər üçün yeni çağırışlar", “Video paylaşım və sosial şəbəkə platformaları, onların təsiri” mövzularında çıxışlar edilib. Həmçinin, tədbir çərçivəsində “Audiovizual media xidmətlərində alətlər və yanaşmalar” və “Media savadlılığı və hüquqlar” mövzularında panel sessiyalar təşkil olunub.
Toplantının ikinci günündə platformanın idarə heyətinə - sədr və sədr müavinləri postlarına seçkilər keçirilib. Səsvermənin sonunda İrlandiya yayım tənzimləyici orqanının rəhbəri Stefani Komey növbəti iki illik müddətə EPRA sədri seçilib. Həmçinin, Böyük Britaniyanın, Rumıniyanın, Monteneqro və Slovakiyanın tənzimləyici orqanlarının nümayəndələri sədr müavinləri seçiliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031