azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan "Russia Halal Expo 2025" sərgisində təmsil olunur

16-05-2025

Azərbaycan məhsulları Kazan şəhərində “Rusiya - İslam dünyası: KazanForum 2025” çərçivəsində keçirilən "Russia Halal Expo 2025" sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə "Made in Azerbaijan" vahid ölkə stendində təqdim olunur.

AZPROMO-dan bildirilib ki, ziyarətçilər Azərbaycan şirkətləri tərəfindən istehsal edilən qənnadı məmulatlar, yağlar, qurudulmuş meyvələr və meyvə şirələri, mürəbbələr, mineral sularla tanış olur, onlar üçün dequstasiya sessiyaları keçirilir.

Bununla yanaşı, stenddə AZPROMO tərəfindən ölkəmizdə sahibkarlar üçün yaradılan münbit investisiya iqlimi, biznesin inkişafı perspektivləri, tranzit ticarət imkanları, o cümlədən investorlara təklif olunan güzəştlər haqqında məlumat verilir, bu mövzularda videoçarxlar nümayiş olunur və müxtəlif çap materialları təqdim edilir.

Qeyd edək ki, Azərbaycan stendini Tatarıstanın Rəisi Rüstəm Minnixanov və digər rəsmi şəxslər ziyarət ediblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031