azturkxeber.az
http://azturkxeber.az

Qazaxıstan və BƏƏ Astana hava limanının inkişafını maliyyələşdirəcək

14-05-2025

Qazaxıstan və BƏƏ Astana hava limanının inkişafını maliyyələşdirəcək

Qazaxıstan Nəqliyyat Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Terminals Holding” şirkətinə daxil olan “Terminals Astana Airport Limited” şirkəti Astana hava limanının və ona bitişik ərazinin kompleks inkişafına yönəlmiş uzunmüddətli investisiya sazişi imzalayıb.

Ümumi investisiya məbləği 1,1 milyard ABŞ dolları təşkil edəcək.

Sazişin icrası çərçivəsində investor ikinci uçuş-enmə zolağı, üçüncü sərnişin terminalı, həmçinin yük daşımaları üçün nəzərdə tutulan yük terminalı inşa edəcək.

Bundan əlavə, investor sənaye-logistika zonası və mehmanxanalar, ticarət sahələri və logistik terminallar daxil olmaqla biznes klasterdən ibarət çoxfunksiyalı kompleksin inkişafını da planlaşdırır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031