azturkxeber.az
http://azturkxeber.az

Bolqarıstanda “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar təhdid və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib

14-05-2025

Bolqarıstanın Sofiya şəhərində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bolqarıstanın Ali Təhlükəsizlik və İqtisadiyyat Məktəbinin (VUSI) təşkilatçılığı ilə “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar təhdid və çağırışlar” mövzusunda dəyirmi masa keçirilib.

Bolqarıstan Teleqraf Agentliyində keçirilən tədbirdə Bolqarıstan rəsmiləri, minatəmizləmə və qaçqın məsələləri üzrə mütəxəssislər, iş adamları, media nümayəndələri və diplomatik korpusun üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərin bərpasında mövcud təhdid və çağırışlar, o cümlədən işğal altında saxladığı zaman Ermənistanın bu ərazilərdə basdırdığı minaların yaratdığı təhlükələr, Azərbaycan hökumətinin həyata keçirdiyi minatəmizləmə və bərpa-quruculuq işləri barədə fikir mübadiləsi aparıblar.

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər və “Böyük qayıdış” strategiyası haqqında məlumat verib, ərazisində Ermənistan tərəfindən 1,6 milyon mina basdırılmış Azərbaycanın üzləşdiyi humanitar böhranın həllində beynəlxalq dəstəyin və zərurətini vurğulayıb.

Milli Məclisinin üzvü Qaya Məmmədov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində didərgin salınan əhalinin geri qayıdışının beynəlxalq hüquq normalarının icrası, həmçinin ədalət prinsipinin reallaşması baxımından vacib olduğunu bildirib, eyni zamanda Ermənistandan didərgin salınan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdış və orada yaşama hüququnun təmin olunmasının regionda dayanıqlı sülhün bərqərar olmasına xidmət edəcəyini vurğulayıb.

ANAMA-nın şöbə müdiri Ramil Əzizov işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın həyata keçirdiyi minatəmizləmə fəaliyyəti, eləcə də ANAMA-nın bu sahədə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq barədə məlumat verib.

Tədbir yerli rəsmilər və mütəxəssislər tərəfindən yüksək maraqla qarşılanıb və Bolqarıstan mediasında işıqlandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031