azturkxeber.az
http://azturkxeber.az

Qarabağ Universiteti abituriyentlər üçün maarifləndirmə görüşlərinə start verib

13-05-2025

Qarabağ Universiteti abituriyentlər üçün maarifləndirmə görüşlərinə start verib

Qarabağ Universiteti 2025/2026-cı tədris ilində abituriyentlər üçün maarifləndirmə kampaniyasına başlayıb.

Universitetdən bildirilib ki, ilk görüşlər paytaxtın Nizami rayonunun Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbində və Kimya-biologiya təmayüllü Respublika liseyində keçirilib.

Görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva, İncəsənət fakültəsinin kafedra müdiri Arslan Növrəsli, Beynəlxalq Dil Mərkəzinin müəllimi Aytac Yolçuyeva və abituriyentlər iştirak ediblər.

Qarabağ Universitetinin nümayəndələri təqdimatla çıxış edərək tədris proqramları, fakültələr, ixtisaslar, Beynəlxalq Dil Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriblər.

Görüşdə, həmçinin Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparılıb, universitetin üstünlükləri, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031