azturkxeber.az
http://azturkxeber.az

Parisdə “Louis Vuitton” mağazası son 7 ayda üçüncü dəfə qarət edilib

13-05-2025

Parisdə “Louis Vuitton” mağazası son 7 ayda üçüncü dəfə qarət edilib

Parisin 6-cı rayonunda, Sent-Jermen bulvarında “Louis Vuitton” mağazası qarət edilib.

“Louis Vuitton” mağazası son bir il ərzində üçüncü dəfə qarət olunur. Paris vaxtı ilə səhər saat 05:30 radələrində maska geyinmiş 3 nəfər boz rəngli, üzərində yanıb-sönən mavi işıq olan “Audi” markalı avtomobillə mağazaya daxil olublar. Qarətçilərin külli miqdarda əşyanı ələ keçirdiyi bildirilir. Şübhəlilər hələ həbs olunmayıb və dəyən ziyan hələ məlum deyil.

Qeyd edək ki, mağaza ötən il sentyabrın 30-da avtomobildən istifadə olunmaqla qarət edilmişdi. Qarətçilər 4 dəqiqə ərzində mağazanın mallarının böyük bir hissəsini, eləcə də 100-dən çox dəbdəbəli əşyanı oğurlamışdılar. Oğurluq nəticəsində dəyən ziyan 900 min avro təşkil edirdi.

Ötən il noyabrın 11-də səhər saat 04:30 radələrində isə bir neçə şəxs avtomobildən istifadə edərək mağazanın pəncərəsini sındırarmaqla içəri daxil olmuş və mağazanı qarət etmişdilər. Həmin zərərin miqdarının hələ müəyyən edilmədiyi bildirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031