azturkxeber.az
http://azturkxeber.az

Çin Latın Amerikası ölkələrinə 9,2 milyard dollar kredit verəcək

13-05-2025

Çin Latın Amerikası ölkələrinə 9,2 milyard dollar kredit verəcək

Çin Latın Amerikası ölkələrinə 66 milyard yuan (Çin Mərkəzi Bankının hazırkı məzənnəsi ilə təxminən 9,2 milyard dollar) məbləğində kredit verəcək.

Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin deyib.

“Çin Latın Amerikası tərəfinə 66 milyard yuan məbləğində kredit xətti verəcək”, - deyə o, Çin-Latın Amerikası və Karib Hövzəsi Dövlətləri İcması (CELAC) forumunun 4-cü nazirlər iclasının açılış mərasimində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Çin bu regiondakı ölkələrdən daha keyfiyyətli məhsul idxal etmək niyyətindədir. "Biz Latın Amerikası və Karib hövzəsi ölkələrinin inkişafını dəstəkləmək üçün investisiya axınının artırılmasını stimullaşdıracağıq", - deyə o vurğulayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2025    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031