“Avropa və MDB Poçt Liderlərinin I Forumu”na həsr olunmuş poçt markası buraxılıb
Azturkxeber.az xəbər verir ki, bu gün Bakıda “Avropa və MDB Poçt Liderlərinin I Forumu” start götürüb. Ümumdünya Poçt İttifaqı (ÜPİ), Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən “Azərpoçt” MMC ilə birgə təşkil edilən forum üç gün – 13-15 may tarixlərində davam edəcək.