azturkxeber.az
http://azturkxeber.az

“Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi də elektronlaşdı

22-04-2025

Sosial sahədə xidmətlərin geniş miqyasda elektronlaşdırılması işləri çərçivəsində həssas qruplara aid vətəndaşların “Səyyar DOST” xidməti üçün növbə götürmə sistemi də artıq elektronlaşdırılıb.

Vətəndaşlar dost.gov.az saytına daxil olaraq “Səyyar DOST” bölməsinə keçid etdikdən sonra açılan pəncərədə sadə müraciət formasını doldurmaqla bu xidmət üçün e-qaydada növbəyə yazıla bilərlər.

Məlumatları daxil etdikdən sonra vətəndaşa avtomatik növbə təyin olunur və bu barədə onun mobil nömrəsinə sifariş etdiyi xidmət növü ilə bağlı ətraflı mesaj göndərilir.

“Səyyar DOST” xidməti DOST mərkəzləri tərəfindən təqdim edilən xidmətlərin göstərilməsi məqsədilə lazımi sənədlərin sifarişçidən təhvil alınması və emal edilərək ona təhvil verilməsini nəzərdə tutur.

Bu xidmət üçün e-qaydada növbəyə yazılma imkanının yaradılması vətəndaşların xidmətə əlçatanlığının, xidmətin çevikliyinin, keyfiyyətinin daha da artmasına imkan verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930