azturkxeber.az
http://azturkxeber.az

Kitabsevərlərin Bakı Ekspo Mərkəzinə rahat gediş-gəlişi məqsədilə xüsusi avtobuslar fəaliyyət göstərəcək

17-10-2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 21-də Bakı Ekspo Mərkəzində XII Bakı Beynəlxalq Kitab Sərgisi başlanacaq.

Bu barədə Azturkxeber.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 27-dək davam edəcək builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” mövzusuna həsr olunub.

Sərgi günlərində paytaxt sakinlərinin və qonaqların metronun “Koroğlu” stansiyasından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə rahat gediş-gəlişi təmin ediləcək.

Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.

Bütün ziyarətçilərin sərgi məkanına girişi ödənişsizdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031