azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

17-10-2026

Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən AirBadminton üzrə Avropa çempionatında Azərbaycanın qadınlardan ibarət milli komandası bürünc medal qazanıb.

Azturkxeber.az xəbər verir ki, 14–16 oktyabrda təşkil olunan “BWF AirBadminton European Continental Championships 2026” turnirində Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət yığmamız qadınların üçnəfərlik yarışında (“Women's Triples”) fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

“C” qrupunda mübarizə aparan millimiz ümumi hesabda İsveçrəni 3:1, Xorvatiyanı isə 3:0 məğlub edib. Almaniya yığmasına 1:3 hesabı ilə uduzan badmintonçularımız qrup mərhələsini ikinci pillədə tamamlayaraq pley-offa vəsiqə qazanıblar.

1/4 finalda meydan sahibi Yunanıstan yığması ilə qarşılaşan komandamız rəqibini 3:1 hesabı ilə üstələyərək yarımfinala yüksəlib və bununla da Avropa çempionatının bürünc medalını təmin edib.

Finala vəsiqə uğrunda Türkiyə millisi ilə üz-üzə gələn badmintonçularımız ümumi hesabda 1:3 uduzaraq qitə birinciliyini üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, bu, Azərbaycanın AirBadminton üzrə Avropa çempionatlarında növbəti medal uğurudur. 2025-ci ilin sentyabrında Bakıda təşkil olunan ilk Avropa çempionatında Azərbaycan millisi qarışıq komanda yarışında finala yüksələrək gümüş medal qazanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031