DİN: Ölkə üzrə 49 cinayətin açılması təmin edilib

- Oktyabrın 15-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: