Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov oktyabrın 24-də Biləv kəndində Ordubad rayonunun sakinlərini qəbul edəcək.
Azturkxeber.az xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 16-dan 21-dək Səlahiyyətli Nümayəndəliyin (Info@arpsn.gov.az) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya (+994 36) 544 01 43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: