Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Abbasov Anar Eldar oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Ağstafa rayon polis şöbəsində ibtidai istintaq edilən cinayət işi üzrə Anar Abbasovun təkrar öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə axtarışa verilib.
A.Abbasov Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasına gətirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: