azturkxeber.az
http://azturkxeber.az

Azad Vətən Partiyası məktəbli geyim forması ilə bağlı qərarı dəstəkləyir

17-10-2026

Azad Vətən Partiyası Nazirlər Kabinetinin şagirdlərin vahid geyim formasının müəyyən edilməsi ilə bağlı qərarını dəstəklədiyini bəyan edib.

Azturkxeber.az xəbər verir ki, bu barədə Azad Vətən Partiyasının sədri Akif Nağı öz Facebook hesabında paylaşım edib.

Bildirilib ki, biz Azad Vətən Partiyası olaraq Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli, 309 nömrəli qərarı ilə şagirdlərin vahid geyim formasının müəyyən edilməsi, eləcə də bu qərarla bağlı ölkə daxilində və xaricdə müşahidə olunan münasibətlər barədə mövqeyimizi bir neçə dəfə açıqlamışıq. Bu məsələ ilə bağlı mövqeyimizi bir daha diqqətə çatdırır və dəqiqləşdiririk.

İlk növbədə, beynəlxalq media subyektləri və müxtəlif qurumlar tərəfindən Azərbaycanla və qeyd olunan qərarla bağlı yalan və təhrif olunmuş məlumatların yayılmasını pisləyirik.

Eyni zamanda, bir daha bəyan edirik ki, heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışa və ya müdaxilə edə bilməz. Bu cür müdaxilə cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır.

Azad Vətən Partiyası olaraq Azərbaycan hökumətinin şagirdlər üçün vahid məktəbli geyim formasının müəyyən edilməsi ilə bağlı qərarını tam dəstəklədiyimizi bir daha bəyan edirik deyə o vurğulayıb. 

Akif Nağı

Azad Vətən Partiyasının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2026    »
MonTueWedThuFriSatSun
 1234
567891011
12131415161718
19202122232425
262728293031