azturkxeber.az
http://azturkxeber.az

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

08-04-2025

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti aprelin 9-12-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, Naxçıvan Muxtar Respublikası, Quba, Siyəzən, Şirvan, Astara, Ağdaş, Ucar, Zərdab, Kürdəmir, Beyləqan, Ağdərə, Xankəndi, Şuşa, Xocavənd, Şabran, Xaçmaz, Biləsuvar, Salyan, Bərdə, Yevlax, Tərtər, Ağdam, Ağcabədi, Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Göyçay, Cəlilabad, Masallı, Lənkəran, Göygöl, Füzuli, Qubadlı, Gədəbəy, Balakən, Şəki, Qax, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı və Ağsuda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Cəbrayıl, Gəncə, Naftalan, Mingəçevir, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafa, Qazax, Qobustan, Daşkəsən, Lerik, Yardımlı, Qusar, Xızı və Neftçalada şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 metr/saniyəyədək güclənəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    April 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930