"Azneft" dairəsində avtomobillərdən birində yanğın baş verib


Səbail rayonu, Neftçilər prospekti, "Azneft" dairəsində avtomobillərdən birində yanğın baş verib. Ərazidə olan yol polisi əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb.
Hazırda bu səbəbdən Yusif Səfərov küçəsi istiqamətində nəqliyyat sıxlığı müşahidə edilir. Sıxlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: