Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verib



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qazax rayonunun Hüseynbəyli kəndində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
AzTurkxeber.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qazax rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "VAZ-2107" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: