BANM tələbələri Tbilisidə keçirilən müsabiqədə mükafatlandırılıb
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri (komanda və fərdi) “49-cu ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında ölkəmizi təmsil ediblər.
BANM-dən bildirilib ki, müsabiqə Tbilisi şəhərində Gürcüstan Milli Universitetinin bazasında keçirilib. Yarışda BANM-in "BHOS 1" və "BHOS 2" komandaları fərqlənmə sertifikatı və II dərəcəli diplomla təltif olunub. Fərdi nəticələrə görə, tələbələr - Saleh İsayev, Emin Orucov, Cəmil Camaləddinli, Murad Axundov, Vüsət Orucov və Fərid Mehtiyev mükafatlandırılıb. Tələbələrin mentoru isə İnformasiya texnologiyaları kafedrasının müəllimi Azər Əliyevdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: