Yaponiya Müdafiə Nazirliyi hipersəsli raketlərin buraxılışını qeydə almaq üçün avadanlığın sınağında Beynəlxalq Kosmik Stansiyaya (BKS) yük çatdırmaq üçün hazırlanmış yeni pilotsuz HTV-X nəqliyyat gəmilərindən istifadə etməyi planlaşdırır.
azturkxeber.az “Nikkei” qəzetinə istinadən xəbər verir ki, onların həmçinin Ay orbitində daimi baza yaradılması proqramında istifadə edilməsi nəzərdə tutulur.
Məlumata görə, ilk pilotsuz HTV-X yük gəmisinin 2026-cı ilin martınadək BKS-ə göndərilməsi planlaşdırılır. BKS-ə yükləri çatdırdıqdan sonra o, təxminən bir il ərzində hipersəsli döyüş bloklarının buraxılışını və uçuşunu qeydə almaq üçün quraşdırılmış infraqırmızı avadanlığı sınaqdan keçirərək Yer ətrafında fırlanacaq.
Nəşrin məlumatına görə, sonradan bu sensorlarla hazırda Yaponiyada ABŞ ilə əməkdaşlıq çərçivəsində hazırlanan casus peykləri təchiz ediləcək.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib YENİLƏNİB
III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilib Prezident İlham Əliyev görüşdə iştirak edib
“SpaceX”in “Cargo Dragon” yük gəmisi stansiyaya rekord çəkidə ərzaq gətirib
Yaponiya yeni pilotsuz yük gəmisini kosmosa göndərib