azturkxeber.az
http://azturkxeber.az

Yaponiya yeni pilotsuz yük gəmisini kosmosa göndərib

26-10-2025

IMG

Yaponiya özünün H3 raketi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) təchizat çatdırmaq üçün nəzərdə tutulmuş yeni pilotsuz yük gəmisini orbitə buraxıb.

Yaponiyanın "HTV-X" adlı pilotsuz yük gəmisi Taneqaşima Kosmik Mərkəzindən orbitə buraxılıb.

Yeni enerji sistemi ilə təchiz edilmiş “HTV-X” həmçinin daşınma zamanı aşağı temperatur tələb edən eksperimental nümunələri daşıya bilir.

Kosmik gəminin oktyabrın 30-da Beynəlxalq Kosmik Stansiyaya çatması, altı ay stansiyaya bağlı qalması, daha sonra sınaqlar aparmaq üçün üç ay orbitə çıxması gözlənilir.

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin məlumatına görə, “HTV-X” kosmik gəmisi təxminən altı ton yük daşıya bilir ki, bu da sələfi Kounotoridən 1,5 dəfə çoxdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    October 2025    »
MonTueWedThuFriSatSun
 12345
6789101112
13141516171819
20212223242526
2728293031