Lənkəran şəhəri, M.Mustafaxan küçəsi, 20B ünvanında yerləşən Baxşızadə Elnur Şahin oğluna məxsus “ZZ Şərab №1” mağazasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş planlı yoxlama zamanı istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı içki və qida məhsulu aşkarlanıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək istehlaka yararsız ümumilikdə 60,5 litr içki və 1,4 kiloqram qida məhsulunun satışının qarşısı alınıb.
Araşdırmalar davam etdirilir.



Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Zəfər paradı ilə əlaqədar avtobusların hərəkət sxemi dəyişdirilir
AQTA GMO məhsullarla bağlı nəzarət tədbirlərini gücləndirib
AQTA rəsmisi: Qida zəncirində riskəsaslı dövlət nəzarətinin əhatə dairəsi genişləndirilib
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Səfəralı Nəsirov mətbuat konfransı keçirib
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı