azturkxeber.az
http://azturkxeber.az

Akademik Musiqili Teatrın  "Qadınım" tamaşası Gəncədə göstəriləcək 

14-12-2024

 16 dekabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Qadınım” tamaşası  nümayiş olunacaq.

Azturkxeber.az xəbər verir ki, Turk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan bu tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.
Səhnə əsərinin süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.
Türk retro müsiqilərinin səsləndirildiyi "Qadınım"da Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin  teatrın xor və balet heyəti iştirak edəcəklər.
Tamaşasının quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031