azturkxeber.az
http://azturkxeber.az

Akademik Musiqili Teatr Gəncədə alqışlarla qarşılandı

17-12-2024

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil olunan qastrol səfərləri proqramına uyğun olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Gəncədə "Qadınım" tamaşasını uğurla nümayiş etdirib. 

Azturkxeber.az xəbər verir ki,Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan tamaşa Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təqdim olunub. 
Quruluşçu rejissoru İradə Gözəlova olan səhnə əsərinində Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor artistləri iştirak ediblər. Tamaşasının quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, Videoqrafı Murad Həsənov, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.
Türk retro musiqilərinin səsləndirildiyi  “Qadınım” tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    December 2024    »
MonTueWedThuFriSatSun
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031