azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluq: Dələduzluq əməli törətməkdə təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

06-11-2024

Baş Prokurorluq: Dələduzluq əməli törətməkdə təqsirləndirilən Tacikistan vətəndaşı ölkəsinə təhvil verilib

Tacikistan Respublikasının vətəndaşı, 1962-ci il təvəllüdlü Cəlilov Bobocon Abduraximoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Tacikistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş Cəlilov Bobocon Abduraximoviç 2024-cü ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanına təhvil verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930