azturkxeber.az
http://azturkxeber.az

Azərbaycanda "Yolüstü" mobil tətbiqi istifadəyə verilib

06-11-2024

 

Azərbaycanda sərnişinlər və sürücüləri bir araya gətirən yeni "Yolüstü" mobil platforma istifadəyə verilib. “Yolüstü" mobil tətbiq həm sürücülərə, həm də sərnişinlərə fayda verir. Bu tətbiq sürücü ilə sərnişin arasında bir vasitə yaradır. Burada həm sürücü, həm də sərnişin qazanır. Sürücü ona görə qazanır ki, boş getdiyi maşında sərnişin aparır. Sərnişin də ona görə qazanır ki, avtobus qiymətinə komfortlu maşında gedir.

"Yolüstü" tətbiqi necə işləyir?

"Yolüstü" tətbiqinin iş prinsipi sadədir. Tətbiqi mobil cihazlara yüklədikdən sonra sürücülər elan yerləşdirirlər və hansı istiqamətə gedəcəklərini bildirirlər. Sürücünün avtomobilinə dair məlumatlar, o cümlədən, boş yerlər haqqında da məlumat verilir. Sərnişinlər isə mövcud olan boş yerləri görərək, öz istədikləri yeri əvvəlcədən bron edə bilərlər. Sürücü isə bron edilmiş yerləri təsdiq edərək digər istifadəçilərin həmin yerlərə sorğu göndərməsinin qarşısını alır. Tətbiqi yükləmək tamamilə pulsuzdur və qeydiyyatdan keçən hər bir sürücüyə 20 manat məbləğində bonus təklif olunur. Xüsusilə, bayram günlərində regionlara getmək istəyənlər bu tətbiqi yükləyə bilərlər. Sərnişinlər həm ucuz qiymətə, həm də tez rayonlara çata bilərlər, sürücülər isə əlavə gəlir qazana bilərlər.

Bir sözlə, bu yenilik bütün tərəflərə xeyir verir. Yükləyin və daha az büdcə ilə səfər edin.

https://play.google.com/store/apps/details?id=com.yolustu.yolustu

https://apps.apple.com/az/app/yolustu/id6478705942






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930