azturkxeber.az
http://azturkxeber.az

Bakıda küçə və parkları təmizləmək üçün yeni tozsoranlar gətirilib

05-11-2024

 

Bakıda küçə və parkları təmizləmək üçün yeni tozsoranlar gətirilib.

Bu barədə azturkxeber.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Mənzil Kommunal-Təsərrüfatı Departamentindən məlumat verilib.

Bildirilib ki, texnikalar kommunal xidmətlərin əməkdaşlarının əməyinin yüngülləşdirilməsi, küçə və prospektlərin, parkların təmizlənməsi işlərinin mexanikləşdirilməsi və təkmilləşdirilməsi məqsədi ilə bir qədər əvvəl sifarişlə yeni tozsoran texnika alınaraq Bakıya gətirilib.

Yeni texnikalar payız aylarında yerə tökülən yarpaqların və digər tullantıların yığışdırılmasında istifadə ediləcək.

Məlumata görə, ilkin mərhələdə 10 ədəd belə texnika alınaraq Səbail və Nəsimi rayonlarının kommunal xidmətlərinin istifadəsinə verilib. Yaxın zamanlarda əlavə texnikaların gətirilməsi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    November 2024    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
252627282930