azturkxeber.az
http://azturkxeber.az

Batumidə yaşayan soydaşlarımızın uşaqları Azərbaycan dili və tarixini öyrənirlər

14-12-2024 Baxılıb: 2

IMG

Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov və konsulluğun əməkdaşları şəhərdə yaşayan soydaşlarımızın uşaqlarına doğma dilimizi və tariximizi öyrətmək məqsədilə yaradılan “Bazar günü” məktəbinin fəaliyyəti, tədris metodikası ilə tanış olublar.

Baş konsul F.Əzizov Azərbaycan Prezidentinin ölkəmizdən kənarda yaşayan soydaşlarımıza göstərdiyi yüksək diqqətdən və dövlət qayğısından bəhs edib. Məktəbin müəllimi Aynurə Quluzadə isə təlimlərdə iştirak edən uşaqların Azərbaycan dili, tarixi və mədəniyyətinə böyük maraq göstərdiklərini qeyd edib. O, uşaqların qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ana dilimizdə şeir və nəğmələr hazırladıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, “Bazar günü” məktəbi Azərbaycanın Batumidəki Baş konsulluğunun dəstəyi ilə açılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031