azturkxeber.az
http://azturkxeber.az

Nazir: İdarəetmə ilə bağlı məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyət düzgün dəyərləndirilməlidir

14-12-2024 Baxılıb: 0

IMG

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

BŞTİ-dən bildirilib ki, görüşdə nazir Emin Əmrullayev təhsil sahəsində aparılan islahatlardan, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb. Təhsildə islahatların davamlı xarakter daşıdığını qeyd edən nazir bu islahatların ən önəmli istiqamətlərindən birinin məhz idarəetmə ilə bağlı olduğunu deyib. Emin Əmrullayev bu baxımdan məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı nazir müəllim nüfuzu, məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, təhsilverənlərin sertifikatlaşdırılması, təhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin artırılması, ümumi təhsildə inklüzivliyin genişləndirilməsi, elektron xidmətlərdən səmərəli istifadə və məktəbdə öyrənmə mühitinə təsir edən digər amillər barədə fikirlərini bildirib. Elm və təhsil naziri tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris mühitinin yaxşılaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edib.

Emin Əmrullayev ümumi təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsinin vacibliyindən bəhs edib, məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində ümumi təhsil müəssisələrində aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Görüşdə müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həllinə dair fikirlər söylənilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031