azturkxeber.az
http://azturkxeber.az

"İlham Əliyev bağlı qapılar arxasında qalan diplomatiyanın çıxarıb Fransanın önünə qoydu"-ƏLİBƏYLİ ƏZİZ

22-12-2024 Baxılıb: 10

 

 Azturkxeber.az-ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzi  mətbuat xidmətinin rəhbəri Əlibəyli Əziz bu sözlər "Fecebook" hesabında yazıb. O, bildirib ki, Açığı demarş sözünü yazmaq yerinə düşər ki, Əliyevin 44 günə məğlub etdiyi balaca Fransanın aqibətini indi fərqli meydanda yekə, imperialist Fransaya yaşatmağa başlaması ilə əlamətdar oldu.
Bu da yerinə düşər ki, dünyada Azərbaycanı yaxından tanıyan yeganə dövlət elə Fransadır desəm, lap uyğun olardı.
Axı ilk müstəqillik pasportunu alan vaxta ayağımızı uzatdığımız 114 min kvadrat kilometr ərazinin bütün koordinatları fransız arxivində durur.
Hər şey bir kənara, Parisdə uyuyan Əlimərdan Bəy Topçubaşov, Ceyhun Hacıbəyli, lap elə de Qollun silahdaşı Əhmədiyyə Cəbrayılov kimi nəhənglər şəxsən De Qolla, Olanda məlum idi ki, şəxsən Fransua vaxtilə Əliyevlə görüşdə bunları tariximizin vahid sərvəti elan etmişdi.
İndi nə edəsən ki, bizim milli kişilərin nəvələri eyni qaydada qalsa da, Parisdə daha Qollun yerində özündən çox fərqli, menecer tipli, xarizmadan yoxsul birisi dayanır.
Karib adalarından, Hind okeanına qədər, Afrikada hökm sürən fransız müstəmləkəsinə qarşı Bakıdan açılan üsyan atəşinə yaxşı ki, admiral Nelsonun tutduğu divandan sonra Paris adekvat cavab verə bilmir. 
Başa düşürük, Türkiyənin son həmləsi onu Afrika Burnunda güclü bir mövqeyə gətirməklə, dünya uğrunda inanılmaz gücə çatdırdı ki, o burundan qovulub, öz burnunu Qafqaza soxmaqla demarş istəyinə çatmağa çalışır.
Yazıq gürcü baş naziri də dilə gəldi ki, Salome kimi insan görməmişəm: o sadəcə dəli olub...
Salome də son fransız siyasi elitasının sevimli kadrlarından idi axı...
Bəziləri İnanmaz, amma Fransada artıq Əliyevə nəinki təhlükə kimi baxırlar, artıq irəli gedərək onu Fransanın Suverenliyinə təhlükə, ölkəni parçalayan şəxs kimi görməyə başlayıblar.
Suverenlikmi? Ərazi bütövlüyümü? Toxunulmazlıqmı? Beynəlxalq Hüquqmu? 
Aaa, necə də bir yerlərdən tanış gələn ifadələrdir.
Nə baş verir, yoldaşlar?
Fransada Qondarma Dağlıq Qarabağ qurmusunuz, yoxsa bizə deməmisiniz?)
O zaman deyim: Əliyevin "Dağlıq Qarabağ" kimi saxta məhfuma ciddi tədbirləri olur: tazəsini qurmusunuzsa, axırı yoxdur.
1. Qarabağda
2. Ermənistanda
3. Gürcüstanda
4. Bloklara Qoşulmama hərəkatında 
5. BMT TŞ-da
6. ATƏT də
7. Okeaniyada
8.Afrikada

Və daha neçə yerdə Fransa məğlubiyyətə düçar olur, əksəriyyətini isə Azərbaycan ona yaşadır.
Və bu tarixi möhtəşəm ölkənin bugünkü diletant liderləri ilk imkan tapsalar, Qafqaza gündəlik yazmağa şans tanımadan Bellamimin dediyi kimi, nüvə atarlar ki, əksini iddia edə bilmərik.
Son söz: hazırda Əliyevin haqlı zərbələrinə tvit atmaqla cavab verməkdənsə dünəndən Əlcəzairlə aranızda yaşanan böhrana dair tarixdən qüsl alıb, təzminat ödəməniz lazımdır.  Nə də olsa, adamların   2 milyon nəfərini ağlagəlməz işgəncələrlə öldürüb, soyqırımı etmisiniz. Anladığınız dil budur deyə, Əliyevin iradları boğazında acı zəhərə dönür. Amma əvəzini çıxmaq üçün Ermənistana verdiyiniz silahlar da köməyiniz olmayacaq. İsa bizi qorusun, sizə isə ağıl versin.
« On peut punir la justice, mais jamais la tuer. »


Media və Kommunikasiya Departamentinin müdiri, Sosial Tədqiqatlar Mərkəzi mətbuat xidmətinin rəhbəri Əlibəyli Əziz

 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031