"Sağlam həyat tərzi və düzgün qidalanma mədə narahatlığını azalda bilər
Bu problemin əsas səbəbləri qida rejimindəki sistemsizlik, məktəb yaşlarında və abituriyentlərdə fiziki yüklənmə, inək südünə allergiya, stres, “Helicobacter Pylori” infeksiyası, genetik faktor və iltihabəleyhinə bəzi dərman maddələrinin uzunmüddətli istehlakıdır".
Azturkxeber.az xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi K.Y Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Dilarə Bayramova açıqlayıb.
Onun sözlərinə görə, mədə-bağırsaq xəstəlikləri böyüyən və inkişaf edən uşaqlarda daha çox görulür, çünki uşaqlar tamamilə valideynlərindən asılıdırlar: “Yalnız valideynlər uşağa sağlam həyat tərzinin əsaslarını, düzgün qidalanmanı, yemək davranışı mədəniyyətini aşılaya bilərlər”.
Pediatr bildirib ki, körpəlik və uşaqlıq dövründə böyümə və inkişafın tarazlı olması üçün nizamlı və balanslı qidalanma böyük əhəmiyyət kəsb edir: “Hər bir xəstəlikdə olduğu kimi, qastroenteroloji xəstəliklərdə də erkən diaqnoz qoyularaq müayinə edilməsi çox vacibdir, çünki uşaqlıqda aşkar edilən mədə-bağırsaq traktının patologiyası müalicəyə yaxşı cavab verir, o cümlədən gələcəkdə müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir”.
2) "Uşaqlarda mədə ağrısı və ya qastrit diaqnozunun qoyulmasında üçün Urea nəfəs testi, nəcisdə “Helicobacter Pylori” antigen testinin təyini, endoskopiya, mədə pH ölçümü, qanın analizləri və ultrasəs müayinələrindən (UZİ) istifadə olunur".
Bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi K.Y Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Dilarə Bayramova açıqlayıb.
Onun sözlərinə görə, diaqnoz üçün əvvəlcə xəstədən ətraflı məlumat alınır: “Xəstənin şikayətləri, xəstəlik tarixçəsi, istifadə etdiyi dərmanlar, yemək vərdişləri ətraflı şəkildə sorğulanır. Sonra fiziki müayinə aparılır. Fiziki müayinə zamanı qarın nahiyəsinə toxunma ilə artan ağrı əlamətlərinin olub olmadığı araşdırılır. Daha sonra qarın boşluğunun yuxarı hissəsi ultrasəs ilə müayinə olunur. “X-ray” yalnız mədədə perforasiya şübhəsi olduqda aparılır”.
Pediatr bildirib ki, dəqiq diaqnoz üçün endoskopik müayinə tələb olunur: “Endoskopiya ucunda işıqlı kamerası olan boru şəkilli cihazla ağızdan daxil edilərək, mədə müayinəsi həyata keçirilir. Lazım gələrsə, endoskopiya zamanı mədədən toxuma nümunəsi də götürülür. Bədəndə iltihabı və patogenləri aşkar etmək üçün qan testləri aparılır. Autoimmün qastrit varsa, qanda mədə hüceyrələrinin komponentlərinə qarşı antikorlar aşkar edilə bilər”.