azturkxeber.az
http://azturkxeber.az

2024-cü il Azərbaycan üçün hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazıldı-SİYAVUŞ NOVRUZOV 

31-12-2024 Baxılıb: 2

 

Artıq yola salmağa hazırlaşdığımız 2024-cü il Azərbaycan üçün hərtərəfli tərəqqi və uğur ili kimi tarixə yazıldı. Azərbaycan, Qafqaz regionunda yerləşən strateji mövqeyi, zəngin tarixi və mədəni irsi ilə tanınan bir dövlətdir. Cari ildə Azərbaycan mühüm sosial-iqtisadi, siyasi, diplomatik, hərbi-strateji uğurlar qazanaraq öz qüdrətini artırdı, müasir beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirdi, öz inkişafını davam etdirdi. 

- İşğaldan azad olunmuş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin görülməsi, Böyük Qayıdışın uğurla davam etdirilməsi, xüsusilə də Müzəffər Ali Baş Komandanımızın əzəli və əbədi torpaqlarımıza möhtəşəm tarixi səfərləri xüsusi əhəmiyyətə malik olmaqla yanaşı, milli yaddaşımıza əbədi həkk olundu;

- Cari ilin ən yaddaqalan hadisələri sırasında, heç şübhəsiz ki, prezident seçkiləri mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə inamlı qələbəsi xalqımızın öz Liderinə etimadını, sevgi və məhəbbətini növbəti dəfə nümayiş etdirdi. Bu, xalqımızın müdrik dövlət xadimi Heydər Əliyev irsinə dərin ehtiramının və Müzəffər Lider kimi dövlət başçısının qətiyyətli siyasətinə dəstəyinin daha bir bariz nümunəsi və möhtəşəm ifadəsidir;

- İlin əlamətdar siyasi hadisələrindən biri də VII çağırış Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi olub. Bu seçkilər Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra ilk parlament seçkiləri idi. Beləliklə, Azərbaycanda ilk dəfə parlament seçkiləri işğaldan azad edilmiş bölgələrimiz daxil olmaqla ölkəmizin bütün ərazisində baş tutub. Azərbaycanın müstəqilik tarixində bütün ərazilərimizi əhatə edən seçkilərin keçirilməsi yaddaşlara əbədi həkk olunan tarixi hadisədir;

- Dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsidir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur. Ölkəmizdə 2024-cü ildə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilən COP29 Azərbaycanın indiyədək ev sahibliyi etdiyi ən irimiqyaslı tədbir olub. Onun təşkili və keçirilməsi üçün cəmi 10 ay vaxt sərf edildi ki, bu müddət zaman baxımından rekord göstərici sayıla bilər. Azərbaycan COP29-a ləyaqətli şəkildə ev sahibliyi etməklə bu mötəbər tədbirlə bağlı göstərilən etimadı layiqincə doğrultdu;

- Yola salmağa hazırlaşdığımız 2024-cü il həm də Azərbaycanın yekdilliklə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü seçilməsi ilə yadda qalacaq. Bu, etibarlı, konstruktiv və perspektivli tərəfdaş olan Azərbaycana etimadın daha bir bariz nümunəsidir. 

Xalqımızı, dünyanın dörd bir tərəfində yaşayan məğrur və qürurlu soydaşlarımızı 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edirəm.

Yaşasın qüdrətli Azərbaycan dövləti! Yaşasın həmrəy Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Milli Məclisin deputatı Siyavuş Novruzov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031