azturkxeber.az
http://azturkxeber.az

Ali Məclisin 2024-cü il payız sessiyasının sonuncu iclası keçirilib

29-12-2024 Baxılıb: 2

 Dekabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin payız sessiyasının sonuncu iclası keçirilib.

AzTurkxeber.az-ln məlumatına görə, əvvəlcə dekabrın 25-də Bakı-Qroznu istiqamətində uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İclasda Ali Məclis Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin illik fəaliyyəti ilə bağlı məlumat verib.
Ali Məclis sədrinin müavini Arzu Abdullayev, deputatlardan Emin Şıxəliyev, Zeynəb Quliyeva, Təhminə Babayeva və Əziz Qasımov çıxış ediblər.
Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iclas iştirakçılarını və muxtar respublikanın bütün sakinlərini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Sonra Bəxtiyar Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il payız sessiyasını bağlı elan edib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Ali Məclisin 2024-cü il payız sessiyası başa çatıb.
Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031