Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində sosial media blogerləri ilə görüş keçirilib
Dövlət Komitəsinin sədri Bahar Muradova cəmiyyətdə informasiya yaymaq, eləcə də ictimai mövqe formalaşdırmaq, ictimaiyyəti məlumatlandırmaq baxımından sosial medianın əhəmiyyətini və bu istiqamətdə blogerlərin fəaliyyətinin vacibliyini qeyd edib.
Azturkxeber.az-ın məlumatına görə, o, Komitənin fəaliyyət sahələri üzrə həyata keçirilən tədbirlər haqqında məlumatları diqqətə çatdıraraq, erkən nikah, məişət zorakılığı və gender əsaslı zorakılıq, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində əhalinin maarifləndirilməsi,sosial şəbəkələrdə hüquqların təşviqində bütün blogerləri aktiv olmağa çağırıb.
20 dekabr 2024-cü il tarixində keçirilən görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin blogerlərlə əməkdaşlığı çərçivəsində hazırlanan “Cins seçiminə yox deyək” mövzusunda video-çarx nümayiş etdirilib.