azturkxeber.az
http://azturkxeber.az

“Yalançı dördlük” - niyə Qərb mediasının hədəfindəyik?

20-12-2024 Baxılıb: 13

 Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində “The Washington Post”, “The New York Times”, “Le Figaro” və “Le Monde” kimi mətbu orqanları “yalançı dördlük” adlandırıb. 

“Bir sıra Qərb mediası orada keçirilən COP29 iqlim konfransına görə Azərbaycana paxıllıq hissi ilə dolu materiallar dərc etdi, bu, heç bir çətinlik yaratmadı, sadəcə olaraq, ikrah və ikrah hissi doğurdu”, - deyə dövlət başçısı bildirib.  

Prezident deyib ki, Azərbaycan mediasının 1 faizini də ABŞ maliyyələşdirə bilməz. ABŞ-da medianı maliyyələşdirməyə nə ehtiyac var? Biz ABŞ-da medianı maliyyələşdirmirik. Niyə bizim mediamızı maliyyələşdirməlidirlər? Onsuz da “Amerikanın Səsi” və “AzadlıqRadiosu” kimi mövcud resursları vasitəsilə gecə-gündüz xalqımızın üzərinə, ölkəmizə çirkab tökürlər".

“Müasir dövrdə biz Qərbin bəzi ölkələri tərəfindən müstəqil siyasət yürüdən ölkələrə qarşı hücumlaırn və təzyiqlərin şahidi oluruq. Bu hücum və təzyiqlər zamanı isə vasitə kimi bəlli mətbu orqanlardan istifadə edilir. Daha doğrusu, həmin mətbu orqanlar vasitəsilə müstəqil siyasət yürüdən, Qərbin müstəmləkə boyunduruğuna qarşı olan ölkələrin əleyhinə çirkin informasiya hücumları, qərəzli kampaniya aparılır”.

Azturkxeber.az xəbər verir ki, bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bu sırada “The Washington Post”, “The New York Times”, “Le Figaro” və “Le Monde” xüsusi olaraq “fərqlənir”: “Demək olar ki, bu dördlük Qərbin müstəqil siyasət yürüdən ölkələrə qarşı informasiya müharibəsində ön sırada gedir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində adıçəkilən mətbu orqanları "yalançı dördlük" adlandırıb. Çünki məhz bu dördlük başqa olmaqla bir sıra Qərb mediası zaman-zaman ölkəmizə qarşı informasiya hücumları təşkil edir".

V.İskəndərovun sözlərinə görə, oxşar halla COP29 ərəfəsində və tədbir zamanı da rastlaşırdıq: “Bu mətbu orqanlar COP29 iqlim konfransına görə Azərbaycana paxıllıq hissi ilə dolu materiallar dərc etdi. Dövlət başçısının da bəyan etdiyi kimi, bu, heç bir çətinlik yaratmadı, sadəcə olaraq, ikrah və ikrah hissi doğurdu. Bu istiqamətdə daha bir məsələ ABŞ-ın Azərbaycanda media sahəsinə müdaxilə cəhdidir. Bu tamamilə qəbuledilməz bir haldır. Dövlət başçısının da bəyan etdiyi kimi, Azərbaycan mediasının 1 faizini də ABŞ maliyyələşdirə bilməz. Ümumiyyətlə, ABŞ-da Azərbaycanda medianı maliyyələşdirməyə nə ehtiyac var? Axı biz ABŞ-da medianı maliyyələşdirmirik. Elə isə niyə onlar bizim mediamızı maliyyələşdirməlidirlər? Onsuz da "Amerikanın Səsi" və “AzadlıqRadiosu” kimi mövcud resursları vasitəsilə gecə-gündüz xalqımıza, ölkəmizə qara yaxırlar. Lakin bütün bu cəhdlər əbəsdir. Ölkəmiz müstəqil siyasət yürüdür və heç bir qüvvə bizi öz yolumuzdan döndərə bilməz


Milli Məclisin deputatı Vüqar İskəndərov






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031