Ombudsman Səbinə Əliyeva Qubada vətəndaşları qəbul edəcək
2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Quba şəhərində müraciət edən şəxsləri qəbul edəcək.
AzTurkxeber.az-ın məlumatına görə, qəbul Ombudsmanın Şimal Regional Mərkəzində saat 10:00-da (Quba şəhəri, Yusif Qasımov küçəsi 68 ünvanında) keçiriləcək. Qəbula Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri müraciət edə bilərlər.