azturkxeber.az
http://azturkxeber.az

Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar Gəncədə maarifləndirici tədbir keçirilib 

02-12-2024 Baxılıb: 7

 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin və Gəncə Gənclər Evinin birgə təşkilatçılığı ilə “1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Günü” ilə əlaqədar Gəncə Tibb Kollecində “Gənclərimizi və gələcəyimizi qoruyaq” adlı maarifləndirici tədbir keçirilib.
Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov tədbirdə çıxışı zamanı dünyada bu günün qeyd olunmasının məqsədləri, habelə ölkəmizdə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə, həmçinin iştirakçılara QİÇS-lə mübarizəyə dair maarifləndirici bukletlər təqdim edilib, sosial videoçarx nümayiş olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031