azturkxeber.az
http://azturkxeber.az

“Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusunda panel müzakirə baş tutub

23-12-2024 Baxılıb: 5

 Azərbaycan din xadimləri Forumunda qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu müzakirə edilib.

Azturkxeber.az xəbər verir ki, “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan din xadimləri Forumu çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyevanın moderatorluğu ilə “Qadın hüquqlarının həyata keçirilməsində din amilinin rolu” mövzusunda panel müzakirə baş tutub. 

A. Sofiyeva bildirib ki, qadın hüquqları cəmiyyətin ədalət və bərabərlik prinsiplərinə əsaslanan vacib sütunlarındadır. Eyni zamanda din də insan həyatına təsir edən əxlaqi, sosial və mədəni dəyərlər mənbəyidir. O əlavə edib ki, tarix boyu bir çox dini sistemlər qadın hüquqlarını qorumaq üçün müxtəlif prinsiplər irəli sürsə də, bəzi hallarda dini interpretasiyalar, dini prinsiplərin yanlış şərhi bu hüquqların məhdudlaşdırılmasına səbəb olmuşdur. 

Cari ildə qanunvericilikdə edilən dəyişiklər barədə məlumat verən Komitə rəsmisi vurğulayıb ki, yetkinlik yaşına çatmayanlarla bağlı dini kəbin kəsməyə görə məsuliyyətin müəyyən edilməsi, eləcə də Nazirlər Kabinetinin erkən nikah və qohum evliliyi ilə bağlı maarifləndirmə qaydasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin daxil edilməsi müsbət nəticələr verəcəkdir. 

Panel müzakirələrdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan İlahiyyat İnstitutunun dekanı, dosent Elnurə Əzizova iştirak edib. 

Müzakirələrdə qadın hüquqlarının qorunması, təminatı, həyata keçirilməsi istiqamətində uğurlu dövlət siyasəti haqqında danışılıb, eyni zamanda qadın hüquqlarının həyata keçirilməsinə dini aspektdən yanaşmanın vacib və həssas məsələ olduğu qeyd olunub. 

Həmçinin, müvafiq istiqamətdə qanunvericilik, gənclər arasında sağlam dini düşüncənin formalaşmasının əhəmiyyəti, mənəvi dəyərlər sisteminin daim qorunması və inkişafında vətəndaş cəmiyyətinin rolu, mövzuya elmi yanaşmanın vacibliyi, ailədaxili mübahisələrin həllində mediatorların rolu kimi məsələlər vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031