azturkxeber.az
http://azturkxeber.az

“Vətəndaşın büdcə bələdçisi” hazırlanıb

30-12-2024 Baxılıb: 0

 

Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb.

AzTurkxeber.az -ın məlumatına görə, Bələdçidə dövlət və icmal büdcələrin əsas parametrləri, büdcə layihəsinin hazırlanması prosesində görülmüş işlər, büdcə gəlirlərinin formalaşma mənbələri və xərclərin istiqamətləri barədə əsas məlumatlar əks olunub.
Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilən bələdçidə 2025-ci ildə hökumətin həyata keçirəcəyi sosial-iqtisadi layihələr, həmçinin mühüm xərc istiqamətləri olan ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı təmin edəcək sürətli bərpa və yenidənqurma işlərinin davam etdirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi, təhsil, səhiyyə xərcləri və dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün yaradılan maliyyə təminatı barədə məlumatlar əldə etmək olar.
Büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində son illərdə Maliyyə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin tərkib hissəsi olan bu nəşr vətəndaşlara büdcə sahəsində bələdçilik edəcək, büdcənin daha asan və aydın şəkildə başa düşülməsində yardımçı olacaqdır.
Bələdçi ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031