Ukraynada yaşayan əslən azərbaycanlı Teymur Firudin oğlu Tkaçenko (Məmmədov) Kiyev şəhəri hərbi administrasiyasının rəisi təyin edildi
Ukrayna prezidenti Vladimir Zelenski öz sərəncamı ilə azərbaycanlı Teymur Firudin oğlu Tkaçenkonu (Məmmədov) Kiyev şəhərinin hərbi idarəsinin rəisi təyin edib.
Teymur Tkaçenko bu təyinata qədər Ukraynanın strateji sənayelər nazirinin müavini və ərazi və regional inkişaf nazirinin müavini vəzifələrində çalışıb.
AzTurkxeber az-ın məlumatına görə Teymur Tkaçenko Şəmkir rayonundan olan, Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi olmuş mərhum Firudin Məmmədovun oğludur.