Azərbaycan Basketbol Liqasında (ABL) 8-ci turun növbəti üç oyunu keçirilib
21 dekabr Azərbaycan Basketbol Liqasında (ABL) 8-ci turun növbəti üç oyunu baş tutub. "Sərhədçi" İdman Mərkəzində keçirilmiş günün ilk oyununda "A" qrupunun lideri "Sabah" klubu "Abşeron"a 94-71 hesabı ilə qalib gəlib. Günün ikinci oyununda "B" qrupunda "Lənkəran" yerli azarkeşlər önündə 60-89 hesabı ilə "Quba" klubuna məğlub olub. 8-ci turun mərkəzi qarşılaşması sayılan "Naxçıvan" - "Sərhədçi" oyununda sərhədçilərin 86-65 hesablı qələbəsi qeydə alınıb. Qeyd edək ki, 8-ci tura sabah keçiriləcək "Gəncə"-"Ordu" və "Sumqayıt"-"Şəki" oyunları ilə yekun vurulacaq.