azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan üzgüçüsü Abu Dabidə 7 medal qazandı, yarışın ən yaxşısı oldu

18-12-2024 Baxılıb: 5

 Azərbaycan Üzgüçülük Federasiyasının idmançısı beynəlxalq turnirdə 7 medal qazanıb. Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə 2010-cu il təvəllüdlü üzgüçümüz Yeqor Maynitskiy 14-16 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən beynəlxalq yarışda 50 metr məsafədə brass üsulunda bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanib. İdmançımız brass üsulunda 100 və 200 metr məsafələrdə də birinci olub. Bundan başqa Y. Maynitskiy 200 metr məsəfəni qarışıq üsulda da hamıdan birinci finişə çatıb. Digər məsafə və üzmə üsullarında da gücünü sınayan üzgüçümüz 400 metr məsafəni qarışıq üsulda və 50 metri sərbəst üsulda 2-ci üzüb. 50  metr məsafəni kəpənək üsulda üzən idmançımız 3-cü olub. Beləliklə Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüz və 1 bürünc medal qazanıb və öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031