Dövlət Komitəsi sədrinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun yanvarın 27-də Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Dövlət Komitəsindən bildirilib ki, R.Məmmədov Gəncə, Naftalan şəhərləri, Göygöl, Samux, Daşkəsən və Goranboy rayonlarından olan vətəndaşları yanvarın 30-da qəbul edəcək.
Qəbul saat 11:00-da Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında (ünvan: Göygöl şəhəri, Azay Kazımov küç.1a) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə-Daşkəsən regional bölməsinə (Əlaqə vasitələri: (022) 266 91 14, (055) 218 52 95, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.