azturkxeber.az
http://azturkxeber.az

Cəbrayıl şəhərində kulinariya tədbiri keçirilib

30-12-2024 Baxılıb: 0

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində Cəbrayıl şəhərində milli mətbəx nümunələrimizi tərənnüm edən "Ənənələrə qayıdış" adlı kulinariya tədbiri keçirilib.

azturkxeber.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil olunmuş tədbirdə peşəkar aşpazlar və 3 rayonu təmsil edən sakinlərdən ibarət komandalar milli mətbəximizin şahı sayılan plov bişiriblər. Tanınmış kulinar, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovun rəhbərliyi altında komandalar Cəbrayıl mətbəxindən “Səbzi plov”, Qubadlı mətbəxindən “Qəlyə plov”, Zəngilan mətbəxindən isə “Maşlı plov” hazırlayıblar.

Tədbirin sonunda komandaların hazırladığı mətbəx nümunələri qiymətləndirilib və komandalara müxtəlif nominasiyalarda rəmzi hədiyyələr təqdim edilib. Ardınca plovlar Cəbrayılda yaşayan sakinlərə və qonaqlara paylanılıb.

Eyni zamanda, tədbir çərçivəsində Cəbrayıl şəhəri və Cocuq Mərcanlı kəndindən olan uşaqlara Şaxta Baba və Qar qız Yeni il hədiyyələri təqdim edib.

[media=https://we.tl/t-KyRZqNbzVX]






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031