azturkxeber.az
http://azturkxeber.az

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib

30-12-2024 Baxılıb: 5

 

25 dekabr 2024-cü il tarixində Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Qarabağın bərpasında həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.

AzTurkxeber.az-ın məlumatına görə, “Qarabağ Dirçəliş Fondunun Dostları” işgüzar platforması çərçivəsində baş tutan tədbirdə Fondun donor və tərəfdaşları, millər vəkilləri, QHT rəhbərləri, sahibkarlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarına Fondun fəaliyyəti, həyata keçirdiyi layihələr, 2024-cü ilin yekunları və gələcək planlarla bağlı geniş məlumat verib.

Daha sonra Fondun donorlarının dəstəyi ilə həyata keçirilən və Fonda ianələrin cəlb edilməsinə xidmət edən “Qarabağ gecəsi” xeyriyyə konserti, “Qarabağ rəngləri”, “Dirçəliş kuboku” xeyriyyə futbol turniri, “Azərlotereya” ilə birlikdə təşkil edilən “Hər şey Qarabağ üçün” kampaniyası və digər layihələrin yekunları barədə ətraflı məlumat tədbir iştirakçılarına təqdim edilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları Nigar Məmmədova, Vüqar İskəndərov, Elçin Mirzəbəyli, Vüqar Rəhimzadə, Naqif Həmzəyev və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid QDF-in fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, tədbir iştirakçılarını işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə çağırıblar.

Daha sonra “Azərlotereya” ASC-nin Marketinq üzrə baş rəhbəri Dilarə Bəylərova Fondla birgə həyata keçirdikləri “Hər şey Qarabağ üçün” layihəsi ilə bağlı məlumat verib və sözügedən layihənin ölkəmizdə ianəçilik mədəniyyətinin təşviq olunmasına böyük töhfə verdiyini diqqətə çatdırıb. Fondun müxtəlif layihələrini dəstəkləyən Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının üzvü İlqar Nuri də bu layihələrin vacibliyi və faydasından danışıb.

Çıxışlardan sonra müzakirə olunan mövzular, eləcə də işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərində şəffaflığın təmin edilməsi ətrafında geniş fikir mübadiləsi aparılıb, birgə atılacaq addımlar müzakirə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031